Bərdə rayonunda hamilə qadının əməliyyatdan sonra ölməsi ilə bağlı açıqlama verilib.

Bərdə Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 1990-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.

Açıqlmaya görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.

Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N.Hüseynova səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo