44 günlük müharibədə ölən erməni hərbçilərin ailələri Ermənistan Baş prokurorluğunun binası qarşısında aksiya keçirir.

Aksiya iştirakçıları qurumun rəhbəri Artur Davtyan ilə görüş, eləcə də onların işinin İstintaq Komitəsindən Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb edirlər.

Etirazçılar İstintaq komitəsinə etimad etmədiklərini qeyd ediblər. 

Aksiya iştirakçıları, həmçinin ölkənin Baş naziri Nikol Paşinyana qarşı dövlətə xəyanətlə bağlı cinayət işinin başladılmasını istəyirlər. 

 

İstinadlar Qafqazinfo