“Xerson vilayəti hər gün düşmən ordusunun atəşi altındadır, vəziyyət çox gərgindir. Ərazinin cəmi 30 faizi işğaldan azad edilib, 70 faizi isə hələ də düşmən tərəfindən zəbt olunub”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib.

“Bu, təxminən 1600-ə yaxın mərmi deməkdir və yalnız işğaldan azad edilmiş ərazilərə aiddir. Hazırda 49 ərazi icmasından 17-si işğaldan azad edilib.

Mövcud vəziyyəti nəzərə alsaq, indi təkcə 27 mindən çox obyekt dağılmış, zədələnmiş vəziyyətdədir. Sol sahildə, hazırda işğal altında olan ərazinin 70 faizində nə olacağını təsəvvür etmək belə çətin olacaq”, – deyə əlavə edib. Vilayət rəhbəri bildirib ki, əhalinin təxminən 30 faizi müharibə vəziyyətindən əvvəl Xerson vilayətinin sağ və sol sahillərində yaşayırdı: “Müharibədən əvvəl bir milyondan çox əhali var idisə, indi bu ərazilərdə 300 min əhali yaşayır”.

İstinadlar Report