
Rəqqasə-aktrisa Oksana Rəsulova aparıcı həyat yoldaşı Şəhriyar Əbilovdan boşanıb.
Bu barədə sənətçi səhifəsində məlumat yayıb. O bildirib ki, Şəhriyarla nikahlarını bir il əvvəl sonlandırıb:
Təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətimiz ailədən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər arvad olmağa çalışdıq alınmadı. Bir il öncə qərara gəldik ki, kəbinimizi pozaq, dost kimi münasibətimizi qoruyub saxlayaq. Hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq. Allah bütün balaları qorusun”.
Qeyd edək ki, cütlük ötən il evli olduğunu açıqlamışdı. Oksana daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahı idi.