ABŞ-nin Ohayo ştatının Klermon dairəsindən olan 33 yaşlı Çed Derman üç oğlunu öldürməkdə özünü təqsirli bilib.
Keçən il kişi analarının gözü qarşısında 7 yaşlı Kleyton, 4 yaşlı Hanter və 3 yaşlı Çeyzi tüfənglə güllələmişdi.
O, qaçmağa cəhd etməmişdi: polis onu evin eyvanında əlində silahla oğlanların cəsədlərinin yanında yaxalamışdı. Məhkəmə qətlin motivlərini müəyyən edə bilməyib. Bu yaxınlaradək Derman suallara cavab verməkdən və günahını etiraf etməkdən imtina edirdi.