Oğuzda iri gövdəli ağacları qurutmaq üçün üzərinə yandırıcı maddə töküblər.

Smayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun kənarında, Oğuz rayonu Sincan kəndi ərazisindən keçən hissəsində 4 ədəd qovaq ağacı deşilərək içərisinə yandırıcı maddə tökülüb.

Kənd sakinləri “Report”un yerli bürosuna bildiriblər ki, naməlum şəxs və ya şəxslər ağacların gövdəsini deşərək onları qurutmaq məqsədilə yandırıcı maddə töküblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ağaclara baxış keçiriblər və fakt təsdiqini tapıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş-leytenantı Mahir Məsimov “Report”un Şimal-qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, hadisədən məlumatlıdırlar: “Məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən Sincan kəndi ərazisindəki həmin ağaclara baxış keçirilib və hazırda da sözügedən məsələ ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.”

İstinadlar Report