Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib

Hadisə Oğuz şəhərinin giriş hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Daevoo” markalı avtomobillə “VAZ-21015” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini 29 yaşlı Nurəhməd Mövlamov müxtəlif dərəcəli xəsarət alıb. N.Mövlamovun vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İstinadlar Report