Oğuzda avtomobil elektrik dirəyinə dəyib, xəsarət alanlar var.

Hadisə axşam saatlarında Oğuz-Bayan avtomobil yolunun Oğuz şəhərinin giriş hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-21099” markalı minik avtomobili idarəetmədən çıxaraq şəhərin işıqlandırılmasını təmin edən elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Bayan kənd sakinləri, Nurlan Tərlan oğlu Mikayılov və Nazim Yaşar oğlu Həsrətov ağır xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report