Bakıda kdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda bir nəfərin içərisində 1 270 manat, 940 dollar, 7 300 rubl və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin oğurlayan 64 yaşlı M.Nəcəfov müəyyən olunaraq Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər sayəsində saxlanılıb.

Analoji hadisə Nərimanov rayonu ərazisində də baş verib. Rayon sakininin 1000 manat dəyərində kosmetik vasitələrini və sənədlərini oğurlamaqda şübhəli bilinən yeniyetmə müyyən edilərək saxlanılıb.

İstinadlar Report