Oğurluq edərkən kameraya düşdü – VİDEO

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar.
Əvvəlcə vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun 2 avtomobildən klə yanaşı 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. M.Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov da saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosiped oğurladığı məlum olub.
Qarabağ zəfərinə gedən yolun Aprel şəhidləri – VİDEO

Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri 2016-cı il aprelində erməni terrorçuları tərəfindən intensiv artilleriya atəşinə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribatların qarşısını almaq və erməniləri geri oturtmaq üçün əks-hücum həmlələri döyüşlərə başladı. Tarixə Aprel döyüşləri kimi yazılan 4 günlük döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Bununla da Azərbaycan Ordusunun igid, qəhrəman oğulları öz qanı və canı bahasına təkcə cinayətkar erməni rəhbərlərinin keçilməz adlandırdığı səngərləri yox, eyni zamanda bu səngərlər haqqında haqqında yaradılan mifi də alt-üst etdilər.
Belə qəhrəman oğullarımızdan biri də şəhid Dəmirli Hüseyn Zeynal oğludur.
O, 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 1999-2011-ci ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirib.
2011-ci il oktyabrın 6-da Biləsuvar rayonunun Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hissədə xidmətə başlayıb. Kiçik çavuş Dəmirli Hüseyn 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına şəhid olub.
Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
Daha bir Aprel şəhidi Novruzov Fəraim Nadir oğludur. O, 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2000-2011-ci illərdə Səmədabad kənd tam orta məktəbində təhsil alıb.
Əsgər Fəraim Novruzov 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn edilib.
Ölümündən sonra Fəraim Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
Biləsuvarlı Aprel şəhidlərindən daha biri Məmmədov Murad Vaqif oğlu, 17 aprel 1989-cu ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə başlayıb.
Xidmətini başa vurduqdan sonra Murad da könüllü olaraq xidmətini Milli Orduda davam etdirib.
3 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid Murad Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
16 yanvar 2020-ci ildə Biləsuvar rayonu Heydər Əliyev adına parkda Aprel şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə “Zəfərə aparan yol” abidə kompleksi ucaldılıb.
Saxta şampun və kosmetik vasitələr satanlar saxlanılıb – Video

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keyfiyyətsiz, insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şampun və digər kosmetik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Fuad Abdullayev saxlanılıb. Ona məxsus paytaxtın Nizami rayonunda yerləşən anbara baxış zamanı kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan hazır şampunlar, digər kosmetik məhsullar, külli miqdarda etiketlər, holoqramlar, qapaqlar və sair ləvazimatlar aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Fuad Abdullayev şəxsiyyəti istintaqa məlum olan hazırda xarici ölkələrdən birində gizlənən tanışı ilə cinayət əlaqəsinə girərək dəyərindən aşağı qiymətə mənşəyi məlum olmayan məhsulları qeyd edilən anbarda əvvəlcə boş qablara doldurub.
Daha sonra onlar həmin qabların üzərinə saxta “Brasil Botox-Keratin” əmtəə nişanlı etiket və holoqramlar yapışdıraraq orijinal məhsul adı ilə satışını həyata keçiriblər. Həmçinin, Fuad Abdullayev və tanışı sosial şəbəkələrdə özlərinə məxsus səhifələr yaradaraq qeyd edilən məhsulların onlayn satışını da təşkil ediblər. Həmin məhsullardan götürülən nümunələr əsasında keçirilən ekspertiza zamanı müəyyən olunub ki, aşkar edilən şampun, eləcə də, digər vasitələr keyfiyyətsiz olmaqla yanaşı, istifadəyə yarasızdır və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.
“Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur – Video

“Azərenerji” Respublikanın şimal-şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur.
Enerjisistem üçün mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurub.
Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafdən idarəolunan müasir SCADA dispetçer sistemi yaradılır.
Onu da qeyd edək ki, “Yaşma” yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 km məsafədə 330 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilir. Ən əsası isə “Yaşma” yarımstansiyasında reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir.
Belə ki, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri məhz Respublikanın şimal-şərq rayonlarını, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında olacaq. Digər reaktor isə Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” paylayıcı məntəqəsində quraşdırılır.
Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.
Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı – Video

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Rusiya dövlət başçısı Vladimir Putini Fransa Prezidenti adlandırıb.
Onun çıxışının videosu Ermənistan parlamentinin yutub kanalında yerləşdirilib.
Çıxışı zamanı Paşinyan dünya liderlərinin adlarını sadalamağa başlayıb və Fransa Prezidentinin adını dedikdən sonra Rusiya Prezidenti Vladimir Putini də “Fransa Prezidenti” adlandırıb.
Xatırladaq ki, 7 apreldə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın Kremldə görüşü baş tutub.
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb. Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.
Tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanması üçün ümumi tutumu 1000 ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanması üçün isə ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzaqının saxlanması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.
Bundan əlavə ərazidə quru ərzaqların saxlanması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq saxlanc binası inşa edilib.
Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
Zəngilanın Ağ oyuq qəsəbəsindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Türkiyədən növbəti hərbi-texnoloji nailiyyət – Video

Türkiyə havadan-havaya raket texnologiyasını inkişaf etdirib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında açıqlama verib.
“Türkiyə havadan-havaya raket texnologiyasına sahib olan nadir ölkələrdən biri olmağı bacardı. GÖKTUĞ layihəsində gənc mühəndislərimiz tərəfindən inkişaf etdirilən “BOZDOĞAN” ilk atəşdə hədəfi tam dəqiqliklə vura bildi”,- deyə Ərdoğan qeyd edib.
Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib – VİDEO

Moskva şəhərində azərbaycanlı avtoritet Əli Heydərovu odlu silahdan qətlə yetirən Mətləb Sultanov bu əməli törətdiyini etiraf edib.
Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, o, aralarındakı şəxsi ədavət yarandığı üçün Ə.Heydərovu öldürdüyünü bildirib.
Qeyd edək ki, aprelin 12-də Rusiya paytaxtındakı fitnes klublarının birində baş vermiş hadisə ilə bağlı adam öldürmək və qanunsuz silah dövriyyəsi maddələrilə cinayət işi başlanmışdı.
Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.
Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.
Misirdə ağır yol qəzasında 18 nəfər ölüb – VİDEO

Misirin cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 18 nəfər həyatını itirib.
Bu barədə “Axbar El-Yom” portalı məlumat yayıb.
Gecə saatlarında Qahirədən Sohaqa şəhərinə hərəkət edən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini nasazlıq səbəbindən yolun kənarında dayanan yanacaq daşıyan yük avtomobilinə çırpıb.
Nəticədə avtomobillər yanmağa başlayıb. Yaralıların xəstəxanalara çatdırılması üçün 30-dan çox təcili yardım avotomobili hadisə yerinə cəlb edilib.
Avtomobil qəzası səbəbindən şəhərlərarası Assiut – Qırmızı dəniz magistralı yolunda hərəkət məhdudlaşdırılıb.
İlham Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşü 5 saat davam edib – Video +

Aprelin 13-də Prezident İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
***
Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş beş saat davam edib.
“Aleksandr Lukaşenko azərbaycanlı həmkarı ilə görüşə Bakıya gələndən dərhal sonra yollanıb. Prezidentlər təxminən saat 19:00-da görüşüb, qeyri-rəsmi danışıqlar gecə yarısına qədər davam edib. Liderlərinin məhz hansı məsələləri müzakirə etdikləri hələlik məlum deyil.
Lakin daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti dövlət başçılarının Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətləri və ikitərəfli əməkdaşlığın strateji məsələlərini nəzərdən keçirəcəklərini bildirmişdi”, – məlumatda deyilir.
Qeyd edək ki, aprelin 14-də Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycan Prezidentinin iqamətgahında rəsmi danışıqlar aparacaqlar. Prezidentlərin görüşü heyət üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticari-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inkişafına yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Bununla yanaşı səhiyyə, elmi-texniki, təhsil və turizm kimi aktual sahələrdə əməkdaşlıq da müzakirə olunacaq. Tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar. Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Cəbrayılın Sədi kəndindən – Video

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sədi kəndindən görüntülər yayımlayıb.
“Qafqazinfo” həmin videonu təqdim edir:
Sərhəddən 213 kilodan çox narkotik keçirmək istədi – Video

Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya kartof yükü aparan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı “07BJ293/07ZA294” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.
DGK-dan verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 577 ədəd kisədə olan “təzə kartof” yükünə yenidən reaksiya verdiyindən əsaslı yoxlama aparılıb.
Nəticədə 119 ədəd kisədə “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan kartofların arasından, ümumilikdə 962 ədəd kartof formasına salınmış oval formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 213 kq 241 qram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə – heroinin olduğu məlum olub.
Satıcı qadını bıçaqla hədələyib pulu aldı – VİDEO

Bakının Sabunçu rayonunda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, Bakıxanov qəsəbəsində naməlum şəxs apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla hədələyib obyektin kassasından 480 manat pulu talayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.
Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.
Zabrat və ətraf qəsəbələrdə fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.
E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.
Zəngilanın Sarıqışlaq kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Sarıqışlaq kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.
Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edir.
Həmçinin baxın
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb – VİDEO
Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib – VİDEO
Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – VİDEO
İlham Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşü 5 saat davam edib – Video +
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO
Ermənistan ordusunun bunkeri belə olub – Qənimətlər parkından videoreportaj
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO
“Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın şəhid xəbəri gəldi” – Video
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” – DİN – VİDEO
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başa çatıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla