2017-ci ildə qar uçqununda həlak olmuş alpinistlər – Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhə tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə lövhənin oğurlanması ilə bağlı məlumat yayıldıqdan sonra məsələ barədə Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb. Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb səbəb olub.



İstinadlar Qafqazinfo