Sumqayıt Dövlət Dram Teatrında 20 dekabr saat 18.00-da tanınmış rejissor Rövşən Almuradlının quruluş verdiyi “Oğru” tamaşasının premyerası keçiriləcək.

Komediya janrında yazılmış “Oğru” pyesi 1959-cu ildə qələmə alınmış, elə həmin ildə də nüfuzlu “Avansçena” jurnalının birinci mükafatına layiq görülüb.

Tamaşada rolları əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, İlahə Səfərova və Vəfa Qurbanova canlandırırlar.

Teatrın səhnəsində ötən mövsümdə premyerası uğurla keçən “Hacı Qara” komediyasıı, azyaşlı tamaşaçılar üçün Azərbaycan xalq nağılı əsasında işlənilən “Cəsurlar”, və “Yeni il şənliyi” də təqdim ediləcək.


İstinadlar Qafqazinfo