Daha bir kiberoğurluq halı baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Bir fakt üzrə zərər 21 000 mant təşkil edib. Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün ərzində onunla danışıqlar, müzakirələr aparırlar.

Nəhayət razılaşır və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar.

Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar”, – DİN rəsmisi əlavə edib.

İstinadlar Qafqazinfo