Həbsdə olan Müsəlman Birliyi Hərəkarının üzvü Mahir Əzimov oğlunun dəfn mərasimində iştirak üçün həbsdən buraxılıb.

Bu onun vəkili Zibeydə Sadıqova xəbər verib.

Vəkil deyib ki, Mahir Əzimov biraz əvvvəl 3 günlük azadlığa buraxılıb.

Qeyd edək ki, Mahir Əzimovun 14 yaşlı oğlu Məhəmməd Əzimov ötən gün dənizdə boğulub.

M. Əzimov bir müddət əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

İstinadlar Qafqazinfo