Xaçmazda intihar hadisəsi baş verib.

Hadisə iyulun 18-də Nərəcan kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Səfərov Mahir Nəbi oğlu özünü asaraq intihar edib.

Əldə etdiyimiz məlumata görə, Mahir sevdiyi qıza görə canına qəsd edib. Belə ki, imkansız ailənin övladı olan Mahirin ailəsi oğullarının sevdiyi qıza elçi getməsinə razı olmayıblar. Buna görə də 25 yaşlı gənc özünü asıb.

Qeyd edək ki, Mahir Səfərovun qardaşının hərbi xidmətdə olduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, Səfərovun əsgər qardaşı hadisədən xəbərsizdir.

 

İstinadlar Qafqazinfo