Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirilib.

Bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Bratçuk məlumat verib.

Onun sözlərinə görə, raket zərbəsi nəticəsində istirahət mərkəzi və bir neçə fərdi yaşayış yeri dağılıb.

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Qeyd olunub ki, hazırda xilasetmə əməliyyatı davam edir.