Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Qərara əsasən, dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qeyd edək ki, daha əvvəl Dövlət peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüd verilirdi.

Eldar Tanrıverdi

 

İstinadlar Qafqazinfo