ABŞ-ın keçmiş prezidenti Barak Obama “Twitter”dəki hesabında telefon nömrəsini qeyd edərək, amerikalıları ona prezident seçkiləri ilə bağlı planlarına dair SMS mesajlar göndərməyi xahiş edib.

Bu barədə “RİA Novosti” agentliyi bildirib.

“Yeni nəyi isə yoxlayaq. Əgər siz Birləşmiş Ştatlardasınızsa, mənim 773-365-9687 nömrəli telefonuma mesajını göndərin”, – sabiq prezidentin paylaşımında deyilir.

Siyasətçi amerikalılardan işlərinin necə olduğunu, nə haqqında düşündüklərini və bu il kimə səs verməyi planlaşdırdıqları barədə danışmağı xahiş edib.