AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Şimali Koreya dünyanın ən güclü silahlarından birini nümayiş etdirdi
  • Konqoda silahlı hücum zamanı azı 46 nəfər öldürülüb
  • İndoneziyada zəlzələ olub, ölənlər və xəsarət alanlar var
  • FTB Vaşinqton qarışıqlıqları ilə bağlı ABŞ-da kütləvi həbslərə başladı
  • Kamçatka sahillərində zəlzələ olub
  • Dünyada son sutkada 700 minə yaxın yoluxma
  • Paşinyanın ailəsi Moskvada qalmaqalla üzləşərək təhqir edildi
  • Ermənilərin ərazilərimizdə basdırdıqları hərbi sursatlar, minalar aşkarlandı
  • Milli komandada yeni baş məşqçi
  • “Yeralaş”ın Bakı filialını açmağı planlaşdıran Boris Qraçevski vəfat edib
  • Şimali Koreya dünyanın ən güclü silahlarından birini nümayiş etdirdi
  • Konqoda silahlı hücum zamanı azı 46 nəfər öldürülüb
  • Erməni nazirin ərazilərimizə səfəri baha başa gələ bilər – Azərbaycan XİN
  • Pakistanın Baş naziri: Xalqımız Qarabağda qələbəni Azərbaycanla birgə qeyd etdi
  • Paşinyanın ailəsi Moskvada mənzil axtarır – VİDEO
  • Ermənistan bazarında Azərbaycan istehsalı olan içkilər satılır
  • Ərdoğan COVID-19-a qarşı peyvənd edilib
  • Azərbaycanda 14 yanvara yoluxma sayı
  • Ekspert: “Paşinyan artıq başqa nəticələrin ola bilməyəcəyini anlayıb”
  • Naxçıvan Təhsil Nazirliyindən bu müəllimlərə güzəşt – Xoş xəbər
  • Narkotik satarkən ələ keçdi
  • Erməni təcavüzündən ziyan çəkmiş evlər və obyektlərin bərpası bu quruma tapşırılıb
  • Cavanşir Feyziyev: Ermənistan bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur – VİDEO
  • Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edib
  • “Təklif etdik ki, Şuşa İslam dünyasının paytaxtı olsun”
  • MN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülür – VİDEO
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
Xəbər 19/09/2019 10:37
Paylaş WhatsappTelegramTwitterFacebookA+ A-

“O, müdrikcəsinə sübut etdi ki…” – Əli Həsənov

Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq, xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,”Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilat pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə, həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi. 

“Qafqazinfo” Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Əsrin müqaviləsi”- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə” sərlövhəli məqaləsini təqdim edir:

“Əsrin müqaviləsi”nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçmiş, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün hava və su kimi tələb olunan maliyyə vəsaiti – ilkin kapital əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Lakin, 1991-1993-cü illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində hökm sürən regional qarşıdurma, qeyri-sabit mühit, o cümlədən respublikanın daxilində yaşanan xaos və anarxiya, hakimiyyətdə olan siyasi qüvvələrin yarıtmaz və səriştəsiz siyasəti və s. səbəblərdən dünyanın aparıcı neft şirkətlərini Azərbaycanın zəngin enerji resurslarının hasilatı və ixracına cəlb etmək, bu sahədə qarşıya çıxan maneələri dəf etmək o qədər də asan məsələ deyildi. Hətta, bəzi analitiklər o dövrdə Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı neft və qaz layihələrinin beynəlxalq konsorsiumun iştirakı ilə həyata keçirilməsini əfsanə sayır və qeyri-mümkün hesab edirdilər.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə milli-vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və s. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Prezident Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxartdı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarını pozmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır.

Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi.

Oxumağa dəyər:   Laçındakı su elektrik stansiyası yenidən qurulur - Video

2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin yenə də bəzilərinin əfsanə və ya “kağız üzərində kəmər” hesab etdiyi əsas ixrac kəmərinin – Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Müasir dövrdə xüsusi qlobal əhəmiyyət kəsb edən bu kəmər Azərbaycanın dünya bazarlarına alternativ enerji ixracı siyasətində mühüm amil olmuşdur.

2005-ci il mayın 25-də Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilmiş, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılmışdır. 2007-ci ildə isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur.

Beləliklə, Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şaxələndirilməsinə nail olmuşdur.

Müqavilənin əsas beynəlxalq geosiyasi və geoiqtisadi əhəmiyyəti ondan ibarət idi ki, bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın, region dövlətlərinə məxsus karbohidrogen ehtiyatlarının alternativ istehsalı və ixracının, yeni transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinin təməli qoyuldu.

“Əsrin müqaviləsi” Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı qazandırdı. Bu müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı, xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi.

“Əsrin müqaviləsi” nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiya əldə etdi ki, bunun sayəsində də ölkəmiz qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi.

İlkin hesablamalara görə, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən bu göstərici 1.072 milyard ton həcmində müəyyən edilmişdir. 2017-ci ilə qədər bu yataqlardakı neft və qaz ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulmuş və bu günə qədər 3,2 milyard barrel neft hasil edilmişdir. Həmçinin AÇG yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə təhvil verilmişdir.

2001-ci ildən ötən dövr ərzində neft və qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxilolmalar bütövlükdə 148.3 milyard ABŞ dolları təşkil etmişdir. Bu vəsaitin 95.61 milyard dolları dövlət büdcəsinə transfert olunmuş, 9.3 milyard dolları strateji, infrastruktur və sosial layihələrə yönəldilmişdir. Hazırda ARDNF-in aktivləri 42.5 milyard dollar təşkil edir.

2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmişdir. Bunun nəticəsində, son 25 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 216 dəfə, adam başına düşən məhsul 162 dəfə artmışdır.

Oxumağa dəyər:   Qardaşlar evdən 15 min oğurladı

Son 15 ildə isə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, o cümlədən qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın çoxalmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları isə 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötmüşdür. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılmışdır ki, bunun da təxminən yarısı xarici sərmayədir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.

İndiyədək regionların inkişafına dair 4 dövlət proqramı qəbul olunmuş və onlardan üçü artıq uğurla icra edilmişdir. Dövlət proqramları çərçivəsində regionlarda bütün köklü problemlər həll olunmuş, müasir infrastruktur formalaşdırılmış, əhalinin məşğulluq səviyyəsi yüksəldilmişdir. Ümumilikdə, bu illər ərzində regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilmiş, yaradılmış 2 milyondan çox yeni iş yerinin 75 faizi regionların payına düşmüşdür.

Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər, o cümlədən son iki ildə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəltmiş, ixrac potensialını genişləndirmişdir.

Bu illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaşdırılmış, bu məqsədlə 7 hava limanı inşa olunmuş, 14 min kilometrdən çox müasir yollar çəkilmiş, ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilmiş, həmçinin tranzit daşımaları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynaya biləcək Çinin “Bir kəmər bir yol” təşəbbüsünə qoşulmuşdur.

Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsi, inqilabi qərarların qəbulu və icrasını təmin etmişdir. Ümumilikdə son 15 ildə Azərbaycanda əməkhaqları 7,5 dəfə, pensiyalar isə 10 dəfədən çox artırılmışdır. 2003-2018-ci illərdə ölkədə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enmişdir. Ölkə üzrə bütün sosial infrastruktur yenilənmiş və müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.

Azərbaycan Prezidentinin 2019-cu ilin əvvəlindən başlayaraq təsdiq etdiyi sosial paketlər əsl inqilabi xarakter daşımışdır. Əhalinin bütün kateqoriyalarını əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan bu paketlərin ümumi dəyəri 2019-2020-ci illər üçün 5,3 milyard manat əlavə vəsait cəlb etməklə 4,2 milyon insanı əhatə edəcəkdir. Nəticədə Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı üzrə isə ikinci olmuşdur.

Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 25 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi”ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və keçən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.

Oxumağa dəyər:   "Amnesty International"dan daha bir hesabat

“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keşçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə “Ümid” və Babək”, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra, nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artmışdır. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə əsas qaz ixrac edən ölkələrindən birinə çevrilmək potensialına malikdir.

Bir faktı xatırlamaq yerinə düşər ki, Cənub Qaz dəhlizi istiqamətində 2000-ci ilin ortalarından Avropanın müxtəlif strukturları tərəfindən irəli sürülən bir neçə layihə, o cümlədən NABUCCO layihəsi ətrafında aparılan müzakirələr heç bir nəticə verməmiş və nəticədə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və bütün tərəfdaşlar tərəfindən dəstəklənən “Cənub qaz dəhlizi” layihəsi həyata vəsiqə almışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının sədri tərəfindən “Cənub qaz dəhlizi” layihəsi ilə bağlı birgə bəyannamə, 2012-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə dair Saziş, 2013-cü ilin fevralında TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş, 2013-cü ilin dekabrında isə Bakıda “XXl əsrin müqaviləsi” kimi tarixə düşən “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanmışdır. Ötən dövr ərzində Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi” layihəsinin üç seqmenti – “Şahdəniz – 2”, Cənubi Qafqaz Qaz Boru Kəməri və TANAP üzrə bütün işlər tamamlanmış, dördüncü seqment olan TAP isə artıq yekunlaşmaq mərhələsindədir.

Əminliklə demək olar ki, yaxın gələcəkdə “Cənub Qaz Dəhlizi” Azərbaycan iqtisadiyyatının inkişafında mühüm amilə çevrilərək, ölkəmizin regionda və Avropada geoiqtisadi əhəmiyyətini bir qədər də artıracaq, Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevriləcək. Prezidenti İlham Əliyevin söylədiyi kimi, Azərbaycan fəal və məqsədyönlü enerji diplomatiyası yürüdərək, öz tərəfdaşları ilə birlikdə nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etməyə nail olmuşdur.

2017-ci il dekabrın 23-də SOCAR-la BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağındakı işlərin davam etdirilməsi üçün niyyət protokolu imzalandı və bununla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni müqaviləyə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırıldı. Həmçinin, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürdülər.

Müasir dövrdə dövlətlərin gələcək inkişaf perspektivlərini yalnız onların malik olduğu zəngin təbii sərvətlər deyil, həm də ölkənin elmi-mədəni, intellektual potensialı və həm də bütün bunlardan yüksəkdə dayanan insan kapitalı müəyyənləşdirir. Ona görə də Azərbaycan özünün inkişafında yalnız təbii sərvətlərin gətirdiyi gəlirlərə deyil, həm də neft kapitalının insan kapitalına çevrilməsinə böyük əhəmiyyət verir, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır”.

Azərbaycan24 sosial şəbəkələrdə
Whatsapp xəttimiz - 070 224 40 25
InstagramdaInstagramda izlə
Telegram-da izlə
Açar sözlər:Azərbaycan, İlham Əliyev, İtaliya, Türkiyə, Yunanıstan

Həmçinin baxın

Sosial-iqtisadi 16/01/2021

Yanvarın 25-dən bu iş yerləri açılır

Operativ Qərargah məlumat yayıb. 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

SMS-icazə ləğv olundu

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad,…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

Xocavənd və Şuşada silah-sursat aşkarlandı – Fotolar

Yanvarın 13-14 tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Cəbrayıl, Goranboy,…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş – Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

Xırdalanda yeni inşa edilən nasos stansiyasına baxış keçirilib – Fotolar

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

Vaksinlərin ölümə səbəb olacağı ilə bağlı iddialara TƏBİB-dən – Reaksiya

“Son günlər sosial şəbəkələrdə yeni növ koronovirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

İspaniyada rekord göstərici

İspaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 40 197 nəfər artıb. Pandemiyanın başladığı…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

Dünyada son sutkada 700 mindən çox yoluxma

Dünyada son bir gündə koronavirusa 700 mindən çox yoluxma qeydə alınıb.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı…

Read more
Paylaş
Sosial-iqtisadi 16/01/2021

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən yanvarın 18-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Nazirlər Kabineti…

Read more
Paylaş
Sosial-iqtisadi 15/01/2021

Daşkəsəndə yük maşını aşdı, ölən var

Daşkəsən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonu ərazisində “МАЗ” markalı yük avtomobili yol kənarına…

Read more
Paylaş
Sosial-iqtisadi 15/01/2021

Yoluxanların sayı bu gün də azaldı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq…

Read more
Paylaş
Multimedia 15/01/2021

Prezident Şuşaya elektrik xətti çəkilişindən danışdı – Video

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı dövlət başçısı Füzulidən Şuşaya…

Read more
Paylaş
Sosial-iqtisadi 15/01/2021

Ölkə ərazisində güclü külək əsir – Faktiki hava

Ölkə ərazisində müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin…

Read more
Paylaş
Sosial-iqtisadi 15/01/2021

Bu fakültələrin məzunları çətinliklə iş tapır

“Ailə və Ev təhsili fakültələrində təhsil alan tələbələrin iş tapması ilə bağlı müəyyən problemlər var.…

Read more
Paylaş

Video xəbərlər

  • Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri “Qış təlimi-2021″də iştirak edəcək – Fotolar+Video
  • Hərbçilərimiz təlimlər üçün Qarsa getdi – Video
  • Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciəti qeydə alınıb – Video
  • Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilir – VİDEO
  • Ünvanlı sosial yardım necə təyin edilir? – Video

Sorğu

Azərbaycanda 2020-ci ilin adamı kim olsun?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

17/01/2021
16:05 Bu günə olan yoluxma sayı açıqlandı
15:57 Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri “Qış təlimi-2021″də iştirak edəcək – Fotolar+Video
15:32 İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
15:12 Bölgələrdə fəaliyyətə başlayan komissiyaların “qaynar xətt ” nömrələri
15:09 Hərbçilərimiz təlimlər üçün Qarsa getdi – Video
15:07 Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
15:02 Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciəti qeydə alınıb – Video
14:57 Türkiyə batmış Rusiya gəmisinin heyət üzvlərinin xilası əməliyyatını keçirəcək
14:37 Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilir – VİDEO
14:17 Ünvanlı sosial yardım necə təyin edilir? – Video
14:02 Bağdat Amreyev: Ağdam əvvəlki şöhrətini dirçəldəcək
13:37 Düsen Kaseinov: Türk xalqları bu torpaqlara yeni həyat verəcək
13:32 Sumqayıtda oteldəki qətllə bağlı cinayət işi açıldı
13:22 Türkiyə və Azərbaycan birgə təlimlərə hazırlaşır
13:12 TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdamda olublar – Fotolar
12:57 Növbəti həftə tədrislə bağlı qaydalar açıqlanacaq
12:54 TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
12:52 Səfərbərlikdən qayıdanlarla bağlı daha iki səyyar qrup yaradılacaq
12:32 Veteran adı ilə bağlı müraciət edən vətəndaşların – Nəzərinə
11:47 Həftənin ilk iş gününün hava proqnozu
11:42 Gürcüstanda koronavirusla bağlı son vəziyyət
11:27 Əfqanıstanda silahlılar hakim qadınları güllələyiblər
11:02 Kart məlumatlarının oğurlanması ilə bağlı – Xəbərdarlıq
10:57 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
09:32 İcra başçısı müavinini vəzifədən azad etdi
09:02 Nyu-Yorkda vaksin çatışmazlığı yarandı
08:02 Pompeo: Koronavirus Çinin labortoriyasında yaranıb
06:52 İndoneziyada zəlzələ qurbanlarının sayı artır
05:52 İndoneziyada torpaq sürüşmələri onlarla insanın həyatına son qoydu
04:32 Konqresin Nümayəndələr Palatası Kapitoli qarışıqlıqlarını araşdırmağa başladı
03:07 G7 sammitinin keçiriləcəyi yer və müzakirə mövzuları açıqlandı
01:29 ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı
01:27 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb
16/01/2021
20:02 Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı
19:57 Bakıda qamışlıq ərazidə yanğın baş verib
19:22 Hikmət Hacıyev Veteranlar Təşkilatının iclasında iştirak edib
18:59 Vətən müharibəsində qazi atasının missiyasını tamamlayan qalib əsgər – VİDEO
18:58 Məhkəmələrə məhdudiyyətlərin tətbiqi yanvarın 25-dək davam edəcək
18:57 Ağstafada ağır qəza, ölən var
18:52 40 yaşlı qadın kanalda batdı
18:49 Türkiyənin vitse-prezidenti peyvənd olundu
18:47 Deputat: “Şuşaya gələn hər bir insan erməni vəhşiliyinin şahidi olacaq”
16:52 “Son 17 ildə yetişən gənclər döyüşdə rəşadət, şücaət, cəsarət göstərərək Şuşanı azad etdilər”
16:37 “Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir – Sərəncam
16:12 Dövlət Bahçeli: “Ülkü Ocaqları Şuşada məktəb tikəcək”
16:02 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
15:52 İsmayıllı sakinlərindən qanunsuz saxlanılan silahlar götürülüb – Foto
15:32 Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirilib – VİDEO
15:27 DİN postlardan icazəsiz keçmək istəyənlərin statistikasını açıqladı
15:07 Yanvarın 25-dən gediş-gəlişə nəzarət edən postlar ləğv olunacaq
14:37 Koronavirus xəstəsi olduğu halda işə çıxan şəxs saxlanılıb
14:27 5 günə 1700-dən çox müraciətə baxılıb
14:14 Rayonlara gediş-gəlişə bu qayda ilə icazə veriləcək
14:12 MN: Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb
14:07 Daxili Qoşunların Şuşa istiqamətində döyüşlərdə şəhid olan çavuşu
14:02 Deputat: “Güllələnmiş heykəllərin Şuşaya qayıtarılması tarixi qələbəmizin simvoluna çevrildi”
13:50 Baş nazir yeni qərarları təsdiqlədi
13:47 Füzulinin Mirzəcamallı kəndindən görüntülər – VİDEO
13:34 Bazar gününə olan hava açıqlandı
13:32 Donald Trampın sosial şəbəkə səhifələri açıldı

Əvvəlki xəbərlər

Facebook-da izləyin

  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla