Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumatı açıqlayıb.  

Iqtisadçı Rövşən Ağayev məlumatlarda olan bəzi çatışmazlıqlarla bağlı fikrini bildirib:

“Maliyyə Nazirliyi 2017-ci ilin dövlət büdcəsi ilə bağlı operativ məlumatları açıqlayıb. Həmin məlumatlarla işim yoxdu, hər kəs Maliyyə Nazirliyinin saytından izləyə bilər.

O məlumatlar ki, açıqlamada yoxdu, amma büdcə analizi üçün vacibdi, burda yazıram.

Vergilər Nazirliyi üçün qeyri-neft mənbələrindən 5.505 mlrd. manat öhdəlik müəyyən edilmişdi, amma 312.3 mln. manat az toplanıb. Neft sektorundan isə 1.840 mlrd. manat toplamalı idi, 60.7 mln. manat az yığılıb.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 429 mln. manat toplanmalı idi, bu mənbədən də 62.9 mln. manat az vəsait gəlib.

Özəlləşdirmə üzrə 200 mln. manat mədaxil proqnozu cəmi 106.5 mln. manat icra edilib (93.5 mln. manat az).

Bir maraqlı məlumat da Maliyyə Nazirliyinin sərəncamında olan büdcə ehtiyyatı (vahidə xəzinə hesabının qalığı) barədə:

Oxumağa dəyər:   Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib

2017-ci ilin əvvəlinə Nazirlik 2.307 mlrd. manat büdcə ehtiyatına malik idi. 2017-ci ildə həmin vəsaitdən 650 mln. manatı büdcə defisitinin maliyyələşdirilməsinə xərclənib. Həmin qalıqların idarə olunmasından il ərzində daxil olan vəsaitləri də nəzərə alsaq, Maliyyə Nazirliyi hazırda 1.7 mlrd. manata yaxın büdcə ehtiyatlarına malikdir”.

İstinadlar Qafqazinfo