Dünyada COVİD-19 virusunun yayılmasından iki il ötür.

2019-cu ilin dekabrın 1-də Çinin Vuhan əyalətindən dünyaya yayılan koronavirus 5 milyondan çox insanın ölümünə səbəb olub.

Azərbaycanda isə ilk yoluxma faktı 28 Fevral 2020-ci il tarixində qeydə alınıb.

COVİD-19 indiyədək ölkəmizdə 7 884 nəfərin ölümünə səbəb olub. Həmin gündən indiki tarixədək 590 113 nəfər yoluxub, 556 716 nəfər isə bu xəstəlikdən sağalıb.

Koronavirus dünyada olduğu kimi, Azərbaycanda da bir sıra məhdudiyyətlərə səbəb olub. Zamanla ictimai nəqliyyatın, ictimai-iaşə obyektlərinin fəaliyyəti dayandırılıb, sərhədlər bağlanıb, toy və yar mərasimlərinin keçirilməsi qadağan olunub. Azərbaycan vətəndaşları müəyyən müddət küçəyə SMS-icazə ilə çıxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, araşdırmalara görə, indiyədək koronavirusla bağlı dünya mediasında 114 milyon xəbər yayımlanıb.

İstinadlar Qafqazinfo