“Bu gün bir neçə nəfər mənə yazaraq Ata Abdullayev haqqında fikrimi soruşdular. Belə bir adam tanımıram və xaricdə beynəlxalq tədbirdə olduğuma görə nə məsələ olduğundan xəbərsiz idim”.

Bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistan Baş naziri Nikol Paşinyana sual verməsi ilə bağlı bu sözləri qeyd edib:

“Bir qədər əvvəl, boş vaxt olan kimi internetdə onunla bağlı məlumat axtardım və məlum videoya rast gəldim.

Hazırlıqsız bir insanın və ancaq ermənilərdən ibarət olan bir auditoriyada belə hərəkəti yolverilməzdir. Belə özfəaliyyət hərəkətlərinə ölkəmizin ehtiyacı yoxdur. Eyni zamanda Ermənistan rəhbərinin şəxsi mühafizəsinin adı siyahıda olmayan, kimliyi və məqsədi bilinməyən birinin sərbəst şəkildə kilsə içərisinə necə buraxması da sual doğurur”.