ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blasio Demokrat Partiyasından prezident seçkilərində namizəd olmaq üçün aparılan yarışdan çıxıb.

Merin dörd ay davam edən seçki kampaniyası müddətində bir çox rəy sorğularına görə, seçicilərin 1 faizi, bəzən daha da az hissəsi tərəfindən dəstəklənib.

“Mənə elə gəlir ki, seçkiyə hər şeyimi sərf etmişəm. Buna mənim vaxtımın olmadığı aşkardır. Odur ki, seçki kampaniyamı başa vururam”, – Bill de Blasio deyib.

Qeyd edək ki, Bill de Blasio Demokrat Partiyasından prezidentliyə namizəd olmaq istəyən sayca 24-cü şəxsdir. Partiyanın 2020-ci il seçkilərində namizədinin seçiləcəyi qurultayın gələn il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində keçiriləcəyi bildirilir.