ABŞ-ın Nyu-York şəhərinin Bronks bölgəsindəki 41-ci polis dairəsində bu gün səhər adı çəkilməyən bir nəfərin açdığı atəş nəticəsində bir polis əməkdaşı yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Hadisəni törədən şəxs həbs edilib.

Oxşar hadisə ötən gün gec saatlarında eyni yerdə baş vermişdi. Belə ki, naməlum şəxs iki polis əməkdaşına yaxınlaşaraq onlara sual vermiş, onlar cavab vermək istəyərkən atəş açmış, nəticədə polislərdən biri yaralanmışdı.

İstinadlar Report