Şənbə günü Nyu-Yorkda afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlar zamanı azı 70 nəfər həbs olunub.

Telekanaldan verilən məlumata görə, nümayişçilərlə toqquşmalarda hüquq-mühafizə orqanının bir neçə əməkdaşı xəsarət alıb.Nyu-Yorkun bütün beş rayonunda minlərlə insan iğtişaşlarda iştirak edir.

Qeyd edək ki, mayın 30-na keçən gecə Nyu-York polisi 200 yaxın etirazçını həbs edib.

Mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş eməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və bundan sonra dizi ilə onun boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

İstinadlar Report