Nyu-York polisinin əməkdaşı Çin Xalq Respublikasının Baş Konsulluğunun diplomatlarına gizli məlumatları ötürmək ittihamı ilə saxlanılıb.

“Report” bu barədə “CNBC” məlumat verib.

Qeyd olunub ki, 33 yaşlı polis çinli diplomatların “göstərişi və nəzarəti altında” Nyu-York şəhərində yaşayan etnik tibetlilərin fəaliyyəti barədə məlumat ötürməkdə şübhəli bilinir. Əslən çinli olan polis əməkdaşı 2018-ci ildən etibarən Çin konsulluğunun bir əməkdaşı ilə daimi əlaqə saxlayıb.

İstinadlar Report