Hindistanın Nyu Dehli şəhərində baş verən kütləvi qarışıqlıqlar, o cümlədən tələbələrlə polis əməkdaşlarının toqquşmalarının gedişatında aralarında asayiş keşikçiləri də olmaqla, 50-dən çox insan xəsarət alıb.

Bu barədə polisdəki mənbələrinə istinadən “The Times of India” qəzetinin saytı bildirib.

Qeyd edilir ki, qarışıqlıqlar əsasən “Vətəndaşlıq haqqında” Qanunun yeni versiyasının qəbuluna qarşı etiraza başlamış müsəlman tələbələrin oxuduğu “Camiya Milliya İslamiya” universitetinin ərazisində baş verib.

İstinadlar Report