Nyu-Dehli vağzalının dəmir yolu platformasında baş vermiş basabas nəticəsində azı 15 nəfər, o cümlədən on qadın və üç uşaq ölüb.

Bu barədə Hindistan paytaxtının polis əməkdaşları jurnalistlərə məlumat veriblər.

İnsanlar bu günlərdə qeyd olunan ən böyük dini festival Kumbha-melada müqəddəs Qanq və Yamuna çaylarının qovuşduğu yer olan Sanqamda ritual çimməyi həyata keçirmək üçün Prayaqraj şəhərinə gedən qatarı gözləyirdilər.

Ardıcıl iki qatarın gecikmələri səbəbindən platforma sərnişinlərlə dolub daşmışdı. Gələn qatara minmə zamanı basabas yaranıb və nəticədə 15 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

İstinadlar Report