Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyası olaraq namizədliyini irəli sürmək qərarına gəlib.

Bu barədə “Fox News” məlumat yayıb.

“Mən görəcəyim işdə uğur qazanacağıma zəmanət verə bilmərəm. Amma sizə zəmanət verirəm ki, sonda mənim kim olduğum, nəyə dəyər olduğum və buna layiq olub-olmadığıma dair heç bir şübhəniz olmayacaq”, – Kristi çıxışında deyib.