Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir.

Bu barədə “The New York Times” qəzetinin və “Siena” Kolleci Tədqiqat İnstitutunun sentyabrın 10-da debatdan əvvəl açıqladığı sorğuda göstərilib.

Araşdırmaya görə, Trampı respondentlərin 48%-i, respondentlərin 47%-i isə Harrisi dəstəkləyir. Eyni zamanda Harris vacib 7 ştatının üçündə Trampı qabaqlayır. Bu ştatlar noyabrda keçiriləcək prezidentlik yarışının nəticəsinə mühüm təsir edəcək.

İstinadlar Report