
Nə Ağ Ev, nə də ABŞ Konqresi ölkənin keçmiş lideri Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş resurslar tükəndikdən sonra Ukraynaya yeni hərbi yardım paketlərinin ayrılması imkanını müzakirə etmir.
Nəşrin qeyd etdiyi kimi, hazırkı prezident Donald Trampın dövründə Birləşmiş Ştatlar Ukrayna ilə bağlı mövqeyini öz mənfəəti baxımından yenidən nəzərdən keçirib və indi Kiyevdən ona verə biləcəyindən çox, əldə edə biləcəyindən çıxış edir.