2001-ci il 11 sentyabr terror aktlarını təşkil etməkdə təqsirləndirilən üç nəfər ölüm cəzasının ömürlük həbslə əvəzlənməsi müqabilində təqsirli olduqlarını etiraf etməyə razılaşıblar.

Mənbələrin verdiyi xəbərə görə, 11 sentyabr hadisələrinin əsas təşkilatçısı olduğu güman edilən Xalid Şeyx Məhəmməd və onun iki əlbirinin işi üzrə razılıq əldə olunub. Onlar Kuba adasındakı Quantanamo həbsxanasında saxlanılır.

“Mümkün cəza kimi ölüm hökmünün ləğvi müqabilində üç təqsirli onlara qarşı irəli sürülən bütün cinayətlərdə, o cümlədən 2 976 nəfərin qətlində təqsirli olduqlarını etiraf etməyə razılaşıblar”, – qəzet 11 sentyabr qurbanlarının ailələrinə göndərilmiş məktubdan çıxarış verib. Qeyd olunub ki, sözügedən şəxslərin etirafı artıq gələn həftə elan oluna bilər.

İstinadlar Report