“NVIDIA” pilotsuz təyyarə, dron, şəbəkə videoqeydiyyatçılarına, yığcam tibbi cihazlara və başqa qurğulara quraşdırılmaq üçün nəzərdə tutulmuş birlövhəli mini-sistem çeşidini genişləndirib. “Jetson Xavier NX” adlı yeni superkompüter əvvəlki nəsillə tam uyğundur və ölçüsü daha yığcam olub.

Yeni yığcam sistem lövhəsi 8 “Carmel” nüvəsi ilə təchiz edilib.

Birlövhəli kompüterin əməli yaddaş tutumu 8 QB (128 bitlik girişə malik LPDDR4x standartı) və ən yüksək buraxılış qabiliyyəti 51,2 QB/s təşkil edir. Qrafika və hesablama alt sistemi 384 “Volta” nüvəsi, 48 tenzor nüvəsi və maksimal tezliyi 1100 MHs-dək olan 2 NVDLA nüvəsindən ibarətdir.

Eyni anda 6-dək kameranın qoşulması imkanı nəzərdə tutulub: interfeysin buraxılış qabiliyyəti 30 Qbit/s təşkil edir. Yeniliyin yeganə çatışmazlığı simsiz “Wi-Fi” modulunun olmamasıdır, buna görə internetə qoşulma qiqabitlik Ethernet üzrə həyata keçirilir.

Emil Hüseynov

İstinadlar ict news