
31 mart – 1 aprel tarixlərində Vaşinqtondakı Sərgi Mərkəzində nüvə təhlükəsizliyi üzrə IV Beynəlxalq Sammit keçirilir.
Avropa İttifaqı ölkələri, Çin, Türkiyə, Azərbaycan, Ukrayna, Ermənistan və digər dövlət liderlərinin də iştirak edəcəyi budəfəki sammitdə nüvə silahlarının azaldılması, yüksək zənginləşdirilmiş urandan istifadə, nüvə materiallarının təhlükəsizliyinin təmin edilməsi, nüvə silahının yayılmasına və nüvə terrorizminə qarşı addımlar atılması ilə bağlı müzakirələr davam etdiriləcək. Eyni zamanda, IV sammitdə Amerika tərəfindən nüvə təhlükəsizliyi ilə yanaşı, İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatı ilə mübarizə məsələsinin də gündəliyə çıxarılacağı gözlənilir.