Bir sıra ölkələrin nüvə silahının qadağan olunması haqqında imzaladığı müqavilə gələn ilin əvvəllərində qüvvəyə minəcək.

Bu barədə nüvə silahının qadağası uğrunda Beynəlxalq kampaniya “Twitter”də bildirib.

Saziş 50 ölkə tərəfindən təsdiqlənib.

Müqavilə 22 yanvar 2021-ci ildə qüvvəyə minəcək.

“Nüvə silahının qadağası haqqında müqaviləni 50 ölkə təsdiqlədi. O, 22 yanvar 2021-ci ildə qüvvəyə minəcək”, – xəbərdə deyilir.

İstinadlar Report