Qazaxıstanın keçmiş Prezidenti, ölkə Təhlükəsizlik Şurasının ömürlük sədri Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının fəxri sədri ola bilər.

Bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilib ki, Avrasiya İqtisadi İttifaqının yaradılması ideyası ona məxsusdur. İttifaqın sammiti cari il mayın 29-da Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək. Fəxri sədrlik məsələsi aprelin 29-da üzv dövlətlərin Baş nazir müavinlərinin və aprelin 30-da Baş nazirlərin toplantısında da müzakirə ediləcək. Məsələyə dair yekun qərar isə mayın 29-da qəbul olunacaq.

İstinadlar Report