
“İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin Türkiyə parlamentində ratifikasiya prosesi hələ də davam edir”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
O, səsvermənin nə vaxt keçirilə biləcəyini açıqlamayıb.
“Ratifikasiya protokolu oktyabr ayında parlamentə daxil olub, beynəlxalq əlaqələr komissiyası tərəfindən qiymətləndiriləcək və daha sonra parlamentdə səsverməyə çıxarılacaq. Proses davam edir”, – sədr bildirib.