
20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçiblər.
Bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş hadisələrin 35-ci ildönümü ilə bağlı “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Siyasətçi şəhidlərin xatirəsini dərin ehtiramla yad etdiyini və qardaş Azərbaycan xalqının dərdinə ürəkdən şərik olduğunu vurğulayıb.