“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 20-31 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. 

Qurumdan verilən məlumata görə, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady-az) və ya “ADY Mobile” tətbiqindən almaq mümkündür.

İstinadlar Qafqazinfo