Əməkdar artist Novruz Qartal bu gün vəfat edib.

Bu barədə aktyor Əjdər Dadaşov məlumat paylaşıb.

Qeyd edək ki, aktyor bir müddət öncə bağırsaq xərçəngi xəstəliyi səbəbindən Milli Onkologiya Mərkəzinə yerləşdirilərək əməliyyat olunmuşdu.