
Rusiyada Novorossiysk yaxınlığında yanğının söndürülməsinə əlavə olaraq Müdafiə Nazirliyinin iki helikopteri, həmçinin Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi cəlb olunacaq.
Bu barədə Krasnodar vilayətinin operativ qərargahının teleqram kanalında məlumat verilib.
Qeyd olunub ki, yanğınsöndürmə əməliyyatı başlayandan indiyədək aviasiyadan istifadə etməklə 19 su buraxılışı həyata keçirilib: “İki xüsusi helikopter cəlb edilib: Ka-32 və Mi-8. Sonuncu küləyin güclənməsi səbəbindən işlərini dayandırmağa məcbur olub. Səhər saatlarında Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən daha iki K-32 helikopteri və Fövqəladə Hallar Nazirliyinin bir İl-76 təyyarəsi gələcək”.
Yanğının söndürülməsinə 250-dən çox insan cəlb olunub.