Bir neçə gündən sonra Rostovdan Qarabağdakı erməniəsilli sakinlərə Laçın və Ağdam yolları vasitəsilə humanitar yardımın növbəti partiyası çatdırılacaq.

Bu barədə məlumatı Ermənistanın İctimai Televiziyası yayıb.

Xatırladaq ki, sentyabrın 12-si Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ ermənilərinə göndərdiyi yardım Ağdam yolu ilə Xankəndiyə çatdırılıb. Bu gün isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb.

İstinadlar Qafqazinfo