“Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu həyata keçiriləcək”.

Bu sözləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı uzun müddət idi danışıqlar aparılırdı:

“Nəhayət ki, iki ölkə arasında memorandum imzalanması baş tutdu. Hər iki dövlət başçısının bununla bağlı iradəsi var. Bu Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan-Türkiyə birliyinin daha da irəli aparılması və gələcəkdə gənc nəsillərin bu layihədən töhfə əldə etmələrinə kömək edəcək. Artıq bu ildən tələbə qəbulu həyata keçiriləcək”.

Qeyd edək ki, fevralın 19-da Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo