İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçiriləcək. 

Bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. 

Bildirilib ki, iclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

İstinadlar Qafqazinfo