“Ermənistan və Azərbaycan liderlərinin görüşü məsələsi müzakirə edilir”.

Bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb. 

“Bu, mütəmadi olaraq müzakirə edilən məsələdir. Mən deyə bilmərəm ki, belə müzakirələr yoxdur”, – deyə o qeyd edib.

Bununla belə, Qriqoryan görüşlə bağlı yekun qərarın hələ olmadığını bildirib: “Hazırda işləyirik, yekun razılaşma olduqla bu barədə məlumat verəcəyik”.

Xatırladaq ki, fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.