Rusiya və Azərbaycan Ukraynanın qaz nəqliyyat sistemi vasitəsilə Avropaya svop qaz tədarükü ilə bağlı danışıqlar aparmır.

Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Xeyr. Hələ ki, xeyr”, – o, belə danışıqların mövcudluğu barədə suala cavab verib.

2025-ci ildə “Qazprom” və “Naftoqaz Ukrayna” arasında Avropaya qaz tranziti üzrə uzunmüddətli müqavilə başa çatıb. Ukrayna sazişi uzatmaqdan imtina edib. Nəticədə Avstriya və Slovakiya üçün nəzərdə tutulan ildə 15 milyard kubmetr həcmində Rusiya qazının tədarükü dayandırılıb.

Avstriya tranzitin davam etdirilməsinin çətinliyini nəzərə alaraq “Qazprom” ilə müqaviləni ləğv etmək qərarına gəlib.

İstinadlar Report