Paris Notr-Dam kilsəsinin damının bərpası zamanı 460 kq kanserogen qurğuşundan istifadə edilib.

Bunu Həmkarlar İttifaqının ümumi əmək konfederasiyasının Paris bölməsinin baş katibi Benua Martin bəyan edib.

“Bu məsuliyyətsiz seçimdir. Qurğuşun çox təhlükəlidir və həm yenidənqurmada iştirak edən işçilər, həm də ətraf ərazilərin sakinləri və kafedralın ziyarətçiləri üçün risk yaradır”, – deyə o qeyd edib.

Marten deyib ki, 2019-cu ildə kafedralın tavanı yanan zaman əriyən 400 kq qurğuşun yaxınlıqda yaşayan uşaqların səhhətinə mənfi təsir göstərib.

İstinadlar Report