
“Norveç hakimiyyəti infrastrukturun bərpasına daha çox vəsait yönəltməklə Ukraynaya maliyyə dəstəyini artırmağı planlaşdırır”.
Bunu Norveçin Baş naziri Yonas Qar Styore parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ildə Norveç Ukraynaya 1 milyard dollardan çox mülki və hərbi yardım göstərib: “Zərər görmüş infrastrukturun təmiri və yenidən qurulmasına daha böyük töhfə verəcəyik”.