Norveçin paytaxtı Osloda gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Hadisə şəhərin mərkəzində yerləşən məşhur olan “London” barında qeydə alınıb.

Hadisənin şahidi jurnalist Olav Renneberqin sözlərinə görə, çanta ilə gələn bir nəfər tapançanı çıxararaq atəş açmağa başlayıb.

Hazırda səkkiz nəfər xəstəxanaya yerləşdirilib, onlardan bəziləri ağır yaralanıb. Daha 6 nəfər yüngül xəsarət alıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə hadisə yerində yaxalanıb. İnsidentin motivi hələ də məlum deyil.

İstinadlar Report