Norveç Ukrayna ordusu üçün pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması məqsədilə Ukrayna üçün Beynəlxalq Fonda 570 milyon kron (48,28 milyon avro) ianə edəcək.

Məlumata görə, Ukrayna ölkə əhalisini və mühüm infrastrukturu Rusiyanın hücumlarından qorumaq, Rusiya ilə müharibəni davam etdirmək üçün daha çox HHM sistemləri və PUA-lar alacaq.

“Ukraynanın Rusiyanın hərbi təcavüzündən qorunmaq üçün təcili olaraq daha çox hərbi texnikaya ehtiyacı var. Digər ölkələrlə birlikdə Norveç bu işə öz töhfəsini vermək üçün əlindən gələni edəcək”, – ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib.

İstinadlar Report